00:00:00
Yazar
Admin User
02.09.2025 10:28 118 1 dəq oxuma
Dünya

Fitso Putinlə danışıb, AB-ni tənqid edib

Fitso Putinlə danışıb, AB-ni tənqid edib

Rusiya Prezidenti Vladimir Putin və Slovakiya Baş naziri Robert Fitso ikitərəfli görüşdə iqtisadi əməkdaşlıq, enerji infrastrukturu və Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

 

Fitsonun sözlərinə görə, Slovakiya Ukraynanın “Drujba” neft kəmərinə hücumlarına çox sərt reaksiya verir. O, bu məsələni sentyabrın 5-də Ujqorodda keçiriləcək görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edəcəyini bildirib.

 

Baş nazir həmçinin əlavə edib ki, Zelenski ilə görüşdə enerji infrastrukturuna hücumların yolverilməzliyi məsələsini qaldıracaq.

 

“AB quyunun dibində oturan qurbağanı xatırladır - yuxarıda nələrin baş verdiyini görmür, amma dünya tamam fərqlidir”, - deyə Fitso Avropa Birliyini tənqid edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər