Fələstinə dəstək verən onlarla tələbəni məktəbdən xaric edilib
ABŞ-də Kolumbiya Universiteti, ötən il kampusda keçirilən Fələstinə dəstək aksiyalarına qatılan bəzi tələbələrin məktəbdən xaric edildiyini və ya uzaqlaşdırıldığını açıqlayıb.
Universitet, ABŞ hökumətinin tələblərini qəbul etməsindən və 400 milyon dollarlıq fondunun kəsilməsindən sonra Fələstini dəstəkləyən tələbələrə intizam cəzaları tətbiq edib.
Açıqlamada, tələbələrin 1 ilə 3 il arasında dəyişən müddətlərlə uzaqlaşdırıldığı və ya məktəbdən qovulduğu bildirilib, cəza alanların sayı açıqlanmayıb. Kolumbiya Universitetinin “Apartheid Divest” adlı tələbə qrupu isə təxminən 80 tələbənin intizam cəzası aldığını bəyan edib.
TRT Haber
Billurə Quliyeva