"Fələstin məsələsi bu gün dünənkindən daha çox tanınır"
Prezident Ərdoğan deyib: “Baş Assambleyada bir daha gördük ki, İsrail zülmü və insanlıq əleyhinə cinayətləri ilə artıq tənha qalmağa başlayıb. Şükürlər olsun ki, ədaləti və vicdanı müdafiə edənlər olaraq biz bu gün dünənkindən daha güclüyük. Fələstin məsələsi bu gün dünənkindən daha çox tanınır".
Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında iştirak etdikdən və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirdiyi görüşlərdən sonra vətənə qayıdıb.
ABŞ səfərindən sonra təyyarədə jurnalistlərlə söhbət edən Ərdoğan bildirib ki, BMT-yə üzv ölkələrin çoxsaylı dövlət və hökumət başçılarının qatıldığı Baş Assambleya iclaslarında Türkiyə olaraq güclü iştirak təmin ediblər.
TRT XƏBƏR
Səadət Əlizadə