00:00:00
Yazar
Admin User
15.05.2023 19:33 280 1 dəq oxuma
Dünya

Fələstin və İsrail arasında atəşkəs bu gündən başlayır

Fələstin və İsrail arasında atəşkəs bu gündən başlayır

Fələstin və İsrail arasında ötən həftə başlayan qarşıdurmalardan sonra atəşkəsin elan edildiyi və atəşkəsin bu axşam başlayacağı açıqlanıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar zamanı ümumilikdə 33 fələstinli və 2 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Xarici İşlər Nazirliyi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bəyanatlarını pisləyib və bunun münaqişəni daha da gərginləşdirdiyini bəyan edib.

 

Fələstin Səhiyyə Nazirliyi isə İsrailin işğal altındakı Qəzzaya təşkil etdiyi hava hücumlarında 6-sı uşaq olmaqla 33 nəfərin öldüyünü, ümumilikdə 190 nəfərin yaralandığını vurğulayıb. İsrail tərəfi iki nəfərin həyatını itirdiyini qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər