Fələstini dövlət kimi tanıyanların sayı artır
Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya Fələstini dövlət kimi tanıdıqlarını bəyan ediblər. Kanada Baş naziri Mark Karni bildirib ki, bu addım həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaq məqsədi daşıyır. Avstraliya Baş naziri Entoni Albanese də oxşar mövqeyini açıqlayıb. Böyük Britaniya və Portuqaliya da Fələstini tanımaqla bölgədə sülhün dəstəklənməsinə yönəldiklərini vurğulayıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki,Kanada, Avstraliya və Avropa ölkələrinin Fələstini dövlət kimi tanıması, əslində bu Fələstini dəstəkləyən daha çox, mənim fikrimcə, Amerika ilə geosiyasi bir rəqabətdən qaynaqlanır:
"Çünki Trampın hakimiyyətə gəlişindən sonra Avropa ölkələri və Amerikanın müttəfiqliyi bir çox məsələlərdə sınaq qarşısında qalıb. Və bu isə, bir sıra coğrafiyalarda, o cümlədən yaxın Şərqdə Avropa və Amerikanın fərqli siyasət yürütməsinə səbəb olub. Mənim fikrimcə, Amerikanın İsraili dəstəkləməsinə qarşı Avropa ölkələri, xüsusi ilə də Kanada və Avstraliyanın dəstəkləməsi Böyük Britaniyanın təsirinin nəticəsidir. Çünki bu ölkələr keçmiş Britaniya müstəmləkəçisidir. Və hələdə Britaniyanın təsiri altındadır. Bir növ Böyük Britaniyanın istəyi ilə bu ölkələr qoşuldular. Burada biz Avropa birliyi və Amerikanın geosiyasi rəqabətin görürük. Lakin, bunun yaxın Şərqdəki siyasi balansa təsiri həlledici olmayacaq. Çünki bu qərarlar Fələstinin dövlət kimi tanıması İordaniya çayının Şərq sahilində, yəni, Fələstin məsələsində İsrailin qarşısını faktiki olaraq almır. Yəni bu ölkələr, yalnız siyasi bəyanatlar verirlər. Amma bölgədə vəziyyət İsrailin nəzarətindədir.İsrailin addımlarını faktiki olaraq Amerika dəstəkləyir. O baxımdan hesab edirəm ki, bu siyasi balansa təsir etmək daha çox əksinə İsrailin hücumlarını daha da aqressivləşdirə bilər. O cümlədən, Fələstin dövlətinin tanınması Fələstin - İsrail müharibəsinin həllinə də ciddi təsir etmir deyə düşünürəm. Ümumiyyətlə, Fələstin - İsrail münaqişəsinə ikili dövlət planı üzrə həll edilməsi məsələsi aktualdır. Bu Beynəlxalq İctimaiyyət tərəfindən qəbul olunur. Lakin, İsrail bunu qəbul etmir. Burada Amerika dövlətinin mövqeyindən çox şey asılıdır. Əslində, dünya da bilirik ki, İsraili dayandıra biləcək ölkə Amerikadır. Bu cür qərarların qəbul edilməsi həm də Amerikaya bir mesajdır. Amerikanı bir növ İsraili dayandırmaq məcburiyyəti daşıyır. Avropa ölkələri və digər ölkələrin Fələstini tanıması ehtimallardan biri budur ki, Amerika və Tramp administrasiyası Beynəlxalq İctimaiyyət qarşısında geri addım ataraq, İsraili dayandırmaqla baglı müəyyən bir addımlar ata bilər. Xüsusən burda ən önəmli məsələ təkcə Avropa ölkələrinin sərgilədiyi mövqeyi deyil, yəni Qərb ölkələrinin, yaxud Böyük Britaniya təsirində olan ölkələrin Fələstinlə baglı sərgilədiyi mövqey deyil. Həm də Ərəb ölkələrinin mövqeyidir, yəni, Körfəz ölkələri və Türkiyə Qəzza məsələsində, xüsusilə Qəzzada hümanitar böhran həlli məsələsində səhv mövqe sərgiləyirlər. Buda Amerikanın İsraillə baglı geri addım atmasına vadar edə bilər. Buda ehtimaldır.New-Yorkda Ərəb ölkələri və Türkiyə lideri-Ərdoğanın Trampla görüşündədə bu məsələlər müzakirə olundu. Yəni, müsbət nəticə bu ola bilər. Amma buda hadisələrin inkişafında müəyyən olunacaq. Çünki İsrailin dayanması, müharibənin dayanması məsələsi tam olaraq Amerikanın təsirində deyil. İsrail sırf Amerikanın da təzyiqinin qarşısını almaq üçün müəyyən addımlar ata bilər".
Aişə Mustafayeva