"Fələstini tanımaq Həması mükafatlandırmaq deməkdir"
ABŞ Prezidenti Donald Tramp BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı bildirib ki, Fələstin rəhbərliyini dövlət olaraq tanımaq "Həması mükafatlandırmaq" mənasına gəlir.
Trampın bu şərhləri 21 sentyabrdan etibarən Fransa, İngiltərə, Kanada və Avstraliya kimi ölkələrin Fələstini tanımaq qərarını elan etməsindən sonra səslənib. ABŞ Prezidenti deyib: "Həmasın girovluq tələblərinə boyun əymək əvəzinə, sülh istəyənlər "girovları azad edin" mesajı ətrafında birləşməlidirlər."
BBC NEWS
Səmayə Səftərova