00:00:00
Yazar
Admin User
08.09.2025 14:40 80 1 dəq oxuma
Dünya

“Fələstini tanıyacağıq”

“Fələstini tanıyacağıq”

“Müharibə davam etdikcə İsraili sərt şəkildə tənqid etməyə davam edəcəyik. Yunanıstan lazımi vaxtda Fələstin dövlətini tanıyacaq”- deyə Kiryakos Miçotakis bildirib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstinin tanınması, regionda uzun illərdir davam edən gərginliyin yumşalmasına müəyyən töhfə verə bilər:

 

“Çünki beynəlxalq hüquq baxımından rəsmi dövlət kimi qəbul olunmaq Fələstin tərəfinə legitimlik qazandırır və bu, danışıqlarda daha balanslı mövqelərin formalaşmasına səbəb ola bilər. Digər tərəfdən, tanınma aktı təkbaşına münaqişəni həll etməsə də, sülh prosesinə siyasi dəstək xarakteri daşıya bilər. Yunanıstanın belə bir addımı İsraillə münasibətlərində müəyyən gərginlik yarada bilər. İsrailin diplomatik dairələri bu qərarı etirazla qarşılayaraq münasibətlərin soyuqlaşmasına səbəb ola bilər. Bununla yanaşı, Yunanıstanın Qərb və Avropa İttifaqı çərçivəsindəki mövqeyi, eləcə də ABŞ-lə əlaqələri də bu qərarın nəticələrinə təsir edəcək mühüm amillərdir. Rəsmi tanınmadan sonra Fələstinlə diplomatik münasibətlərin qurulması təbii proses olacaq. Bu addım səfirliklərin açılmasına, iqtisadi, mədəni və siyasi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Beləliklə, tanınma yalnız siyasi bəyanat səviyyəsində qalmayacaq, real diplomatik əməkdaşlığa keçid üçün zəmin formalaşdıra bilər”.


Nuranə Merdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər