00:00:00
Yazar
Admin User
21.08.2025 18:00 110 1 dəq oxuma
Dünya

“Fənərbaxça” “Benfika” ilə bacarmayıb

“Fənərbaxça” “Benfika” ilə bacarmayıb

"Komandalar Çempionlar Liqasının səviyyəsindən aşağı oyun göstəriblər. "Fənərbaxça" Joze Maurinyonun məlum və artıq hər kəsin bildiyi "özün də oynamırsan, rəqibə də oynamağa imkan vermirsən" taktikasının tətbiqi ilə "Benfika"nı ən güclü silahından - sürətli oyunla diktə edən tərəfə çevrimək imkanından məhrum edib. Portuqaliya klubunun baş məşqçisi isə yanlış əvəzləmələrlə meydan sahiblərinin qələbə şansını artırıb, amma "sarı-lacivərtlilər" nə bu imkandan, nə də rəqibin azlıqda qalmasının yaratdığı fürsətdən yararlana bilib".

 

Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, cavab görüşündə tərəflərin fərqli taktika tətbiq etməyəcəklər. Amma "Benfika" sürətli oyun silahını 50 faiz reallaşdıra bilsə, "Fənərbaxça"nın işi çətin olacaq:

 

"İlk oyun bərabərliklə bitdiyi üçün cavab qarşılaşmasında tərəflərdən biri mütləq qalib gəlməlidir. Əks təqdirdə, mübarizə əlavə vaxta və penaltilər seriyasınadək gedə bilər. Qalibin müəyyənləşməsi prosesinin uzanması isə, zənnimcə, daha çox Türkiyə klubunun ssenarisinə uyğundur".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər