00:00:00
Yazar
Admin User
23.12.2024 19:11 343 1 dəq oxuma
İdman

Fənərbaxça və Al Nassr anlaşdı! Anderson Talisca ilə görüşlər başladı..

Fənərbaxça və Al Nassr anlaşdı! Anderson Talisca ilə görüşlər başladı..

Fənərbaxçanın Səudiyyə Ərəbistanının Al Nassr klubunda çıxış edən Anderson Talisca-nın transferi üçün razılığa gəldiyi məlum olub.

 

Braziliyalı on nömrənin transferi üçün əldə olunan razılığın detalları da açıqlanıb. Fənərbaxça ilə Al Nassr Anderson Talisca-nın transferi üçün razılığa gəlib. Futbolçunun icarəyə götürülməsi ilə bağlı klubların razılaşdığı bildirilib.

 

Fənərbaxça və Al Nassr-ın Anderson Talisca-nın maaşını birlikdə ödəyəcəyi qeyd edilib. Al Nassr ilə razılaşan Fənərbaxçanın Anderson Talisca-nın meneceri ilə müqavilənin detalları barədə müzakirələr apardığı vurğulanıb.

 

Digər tərəfdən, Fənərbaxça formasını geyinən Sebastian Şimanskiyə transfer təklifinin gəldiyi bildirilib. Al Nassr Anderson Talisca-nın yerinə Youssef En Nesyri-ni transfer edəcək.

 

30 yaşlı on nömrə bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisində 19 oyunda iştirak edib və meydanda 1393 dəqiqə qalıb. Anderson Talisca bu oyunlarda 8 qol vurub.

 

Braziliyalı oyunçunun Al Nassr ilə müqaviləsi 30 iyun 2026-cı ildə sona çatır. Anderson Talisca-nın hazırkı bazar dəyəri 12 milyon avrodur.

Bahia akademiyasında yetişən Anderson Talisca daha sonra Benfica, Beşiktaş və Guangzhou Evergrande-də çıxış edib. 

 

Al Nassr Anderson Talisca-nı 2021-2022 mövsümünün əvvəlində 8 milyon avro qarşılığında transfer edib.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər