00:00:00
Yazar
Admin User
04.06.2025 14:39 136 1 dəq oxuma
Dünya

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

ABŞ-nin "Ford Motor" avtomobil istehsalçısı 492 145 "Explorer" yolsuzluq avtomobilini (SUV) və 63 898 "Maverick" pikapını geri çağırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) saytında yerləşdirilən məlumatda bildirilir.

 

Verilən məlumata görə, 2025-ci ildə istehsal olunmuş bəzi "Mavericks"lərdə idarə panelindəki hava yastığı indikatorları sərnişinlər üçün çətin görünən yerdədir.


492 145 ədəd "Explorer" yolsuzluq avtomobilinin geri çağırılması isə sürücü və ön sərnişin qapısının örtüyünün hərəkət zamanı ayrıla bilməsi ehtimalı ilə bağlı problemlərlə əlaqədardır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər