00:00:00
Yazar
Admin User
19.09.2025 15:35 81 1 dəq oxuma
Dünya

Əfqanıstan universitetlərində qadınların yazdığı kitabların tədrisinə qadağa qoyulub!

Əfqanıstan universitetlərində qadınların yazdığı kitabların tədrisinə qadağa qoyulub!

Taliban Əfqanıstan universitetlərində qadınlar tərəfindən yazılmış onlarla kitabı qadağan edib.


“Məlumatlara görə, Taliban administrasiyası avqustun sonunda açıqlanan yeni təhsil qaydalarına əsasən Əfqanıstan universitetlərində qadınlar tərəfindən yazılmış 140 kitabın tədrisini qadağan edib.


Qadağan edilən 679 dərsliyin arasında 310-u iranlı müəlliflərə və ya nəşriyyatlara məxsusdur.


Əfqanıstan universitetlərinə ünvanlanan məktubda Təhsil Nazirliyinin akademik işlər üzrə müavini Ziaur Rahman Aryoubi bildirib ki, dini alimlər və mütəxəssislərdən ibarət bir heyət qadağan edilən kitabların Talibanın Şəriət qanunlarına dair yozumunu pozduğunu müəyyən edib.


Aryoubinin sözlərinə görə, əsərlər onların ideoloji, mədəni, dini və elmi məzmununa görə qiymətləndirilib".


BBC news
Ayan Eyvazova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər