Əfqanıstana təcili yardım
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Babar Bəluç Əfqanıstanda 1000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra humanitar yardım imkanlarının tükəndiyini bildirib. “Biz qlobal olaraq təcili dəstək üçün müraciət edirik,”- dedi.
Bəluç bu qiymətləndirməni Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında verib.
Bəluç bəyan edib ki, BMT QAK Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələdən sonra zərər çəkmiş icmalara kömək etmək üçün öz resurslarını səfərbər edib. O əlavə edib ki, bəzi bütöv kəndlər dağıdılıb və ölkənin şərq hissəsi ən çox zərər çəkən ərazidir.
TRT Haber
Aydan Məmmədova