00:00:00
Yazar
Admin User
02.09.2025 11:17 97 1 dəq oxuma
Dünya

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb

Avqustun 31-də Əfqanıstanın şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfərə çatıb.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti məlumat yayıb.

 

Bildirilib ki, 6 bal gücündə zəlzələ nəticəsində 3000-dən çox insan yaralanıb, sağ qalanlar üçün ümidsiz axtarışlar aparılır. Qurbanların çoxu Kunar əyalətindəndir.

 

Xilasedicilər əlaqələr tamamilə kəsilmiş ucqar dağlıq ərazilərə çatmağa çalışırlar.

Avrasiya və Hindistan tektonik plitələrinin qovşağı yaxınlığında yerləşən Əfqanıstan tez-tez zəlzələlərə məruz qalır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər