00:00:00
Yazar
Hüseynova Mələk
13.10.2026 23:25 39 1 dəq oxuma
Dünya

Əfqanıstanda BBC-nin FM yayımı dayandırılıb

Əfqanıstanda BBC-nin FM yayımı dayandırılıb

Əfqanıstanda “Taliban” hökuməti BBC-nin radio proqramlarının ölkə üzrə FM tezliklərində yayımını müvəqqəti dayandırıb. Qərarın səbəbi kimi dəfələrlə baş verən pozuntular göstərilsə də, konkret detallar açıqlanmayıb.

 

“Taliban”ın İnformasiya və Mədəniyyət Nazirliyinin sözçüsü Xubayb Qufran qərarın BBC-nin təkrar pozuntuları ilə əlaqədar qəbul edildiyini bildirib.

 

BBC isə milyonlarla insanın etibarlı xəbər mənbəyi kimi quruma güvəndiyini vurğulayıb. Şirkət puştu, dari və ingilis dillərində yayımı qısa və orta dalğalar, internet və peyk vasitəsilə davam etdirəcəyini açıqlayıb.

 

Qeyd edək ki, BBC-nin xəbər və təhsil proqramları hər həftə Əfqanıstanın yetkin əhalisinin 20 faizindən çoxuna çatır.

 

BBC

Fatimə Hüseynova

 

 

#BBC #Əfqanıstan #FM
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər