00:00:00
Yazar
Zəhra Həsənova
13.10.2026 22:51 55 1 dəq oxuma
Dünya

Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm

Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm

ABŞ Türkiyədən Yəməndəki Husi üsyançı hərəkatına hərbi əməliyyatlara qoşulmasını istəyə bilər. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

 

Ağ Evin Cənub Çəmənliyindəki müxbirlər prezidentdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Ənsar Allaha qarşı əməliyyata qoşulmasını xahiş etmək niyyətində olub-olmadığını soruşublar. 
 

Trampın cavabı belə olub: "Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur və mən də bunu edə bilərəm. Türkiyə prezidentinə böyük hörmətim var. Düşünürəm ki, prezident Ərdoğan mənim ondan xahiş etdiyimi yerinə yetirəcək. Ona böyük hörmətim var".

Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla danışıb-danışmaması barədə sualı da cavablandırıb: "Bəli, danışdım. Bunu sizə deyə bilmərəm. Həqiqətən də bunu sizə deyə biləcəyimi düşünürsünüz? Çox istərdim, amma etməyəcəyəm".

#tramp: #husilərə #yeni #qarşı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər