Əfqanıstanda zəlzələ:800-dən çox itki
Əfqanıstanın şərqində 6 bal gücündə zəlzələ nəticəsində 800-dən çox insan həlak olub. BMT-nin humanitar agentliyi ilkin məlumatlara istinadla xilasetmə işlərinin davam etdiyini bildirib.
Zəlzələ 8 kilometr dərinlikdə baş verib və Kabildən Pakistanın paytaxtı İslamabada qədər binaları silkələyib. Uzaq bölgələrdə dağıntıların qiymətləndirilməsi çətinləşib; vertolyotlar çətin keçilən ərazilərdə insanları xilas etməyə çalışır.
Rəsmi mənbələr bütün kəndlərin məhv olduğunu və insanların dağıntılar altında qaldığını bildirir. Zəlzələnin episentrinə səfər edən jurnalist Yama Bariz şahidlərin bütün kəndlərin düzləndiyini və dağıntılara çevrildiyini qeyd etdiyini açıqlayıb.
BBC
Türkan Kərimli