Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb, 1000-dən çoxu yaralanıb
Əfqanıstanın şərqində baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində 622 nəfər ölüb. Taliban hökumətinin Daxili İşlər Nazirliyi 1300-dən çox insanın yaralandığını bildirib.
Yerli vaxtla gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayının artacağı ilə bağlı qorxular var. Axtarış-xilasetmə qrupları bir çox bölgədə zəlzələ qurbanlarına çatmaqda çətinlik çəkir. Rəsmilər BBC-yə bildiriblər ki, 100-dən çox yaralı xəstəxanalarda müalicə olunur.
BBC
Zəhra Möhübbətova