00:00:00
Yazar
Admin User
06.09.2025 17:10 86 1 dəq oxuma
Dünya

Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb

Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb

Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını dayandırıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə "Əl-Cəzirə" telekanalına bildirib.


"Zəlzələdə sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2 204 nəfərə çatıb, 4 000-ə yaxın insan isə yaralanıb", - o bildirib.


Zəlzələnin episentrinin yerləşdiyi rayonun rəhbəri qeyd edib ki, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər