Əfqanıstanda zəlzələdən sonra günəş batıb
Əfqanıstanda gecə saatlarında ölkənin dağlıq şərq sərhəd bölgəsində baş verən 6.0 bal gücündə zəlzələdən sonra günəş batıb.
Zəlzələ 8km(5 mil) dayaz dərinlikdə baş verib və bu böyük fəlakətlərə yol açıb. Ən çox zərər çəkən Nanqarhar və Kunar əyalətləridir, lakin zəlzələnin nəticələri qonşu əyalətlərdə, eləcə də Kabildə və qonşu Pakistanın paytaxtı İslamabadda hiss olunub.
BMT-nin Ocha agentliyinin məlumatına görə, 800-dən çox insanın öldüyü, ən azı 2000 adamın isə yaralandığı təxmin edilir. Dağıntının tam miqyası ilə bağlı təfərrüatlar hələ də ortaya çıxır, Ocha hesab edir ki, zədələnmiş binalar və infrastruktur da daxil olmaqla, 12.000-ə qədər insan zərər çəkib.
Son bir saat ərzində Nangarhar Regional Xəstəxanasına ucqar rayonlardan təyyarə ilə gətirilən yaralıların çoxu müalicə üçün buraya gətirilib:
"Burada bir həkimlə danışdım, o mənə dedi ki, indiyədək bu xəstəxanaya zəlzələdən ziyan çəkmiş 460-a yaxın qurban gətirlib. Onlardan 250 nəfəri xəstəxanaya yerləşdirlib, digərləri də müalicə olunaraq evə buraxılıb".
Taliban deyir ki, prioritet yaralıların tapılmasıdır:
“Dağıdıcılığın miqyası ağılasığılmazdır, bütün kəndlər dağılıb, dağlıq ərazilərə gedilən yollar hələ də bağlıdır. Ona görə də indi bizim üçün prioritet dağıntılar altında ölü tapmaq deyil,yaralılara yardım etməkdir".
Bu, Kunar əyalətində vertolyotlar təşkil edən yüksək profilli Talibanın sözləridir.
Xilasetmə qrupları yaralılara yardım etmək üçün mübarizə aparır,çünki əksər yolların bağlandığından əhəmiyyətli sayda insan helikopterlərlə çatdırılmağı gözləyir.
BBC News
Əliyeva Həlimə