Əfqanıstanda zəlzələdən sonrakı axtarış
Xilasedicilər Əfqanıstanın şərqində 800 nəfərin ölümü və 1800 nəfərin yaralanması ilə nəticələnən güclü zəlzələdən sonra ucqar kəndlərin xarabalıqlarında sağ qalanları axtarmaq üçün vertolyotlardan istifadə edirlər.
Bazar günü ölkənin Pakistanla sərhədi yaxınlığında baş verən 6,0 bal gücündə zəlzələdən sonra çoxlarının evləri dağıntılar altında qalıb. Səlahiyyətlilər gediş-gəliş çətinləşdirdiyi üçün hava yolu ilə axtarış aparıblar. Taliban hökuməti beynəlxalq yardım üçün müraciət edib. Birləşmiş Millətlər Təşkilatı təcili yardım fondlarını yönləndirib, Böyük Britaniya isə 1,3 milyon dollar yardım vəd edib.
BBC
Həbibə Xankişiyeva