Fransa 5200-ə yaxın ukraynalı əsgərə təlim keçib
Fransanın müdafiə naziri Sebastien Lecornu bəyan edib ki, ölkəsi 5200-ə yaxın ukraynalı əsgərə təlim keçib.
İnformator.az xarici KİV-ə istinadən bildirir ki, Lecornu Twitter hesabından verdiyi açıqlamada Fransanın Ukraynaya dəstəyinin azalmadığını, ölkəsinin 1600-ü Polşada olmaqla təxminən 5200 Ukrayna əsgərinə təlim keçdiyini bildirib.
İlin sonuna qədər bu rəqəmin təxminən 7 minə yüksələcəyini qeyd edən Lekornu Ukrayna silahlı qüvvələrinin ehtiyaclarına uyğun olaraq təlimlərin verildiyini vurğulayıb.
Lekornu qeyd edib ki, Ukrayna əsgərləri təlim zamanı AMX 10-RC tipli yüngül döyüş tankı, Sezar haubitsa, SAMP-T hava hücumundan müdafiə sistemi və çoxlüləli reaktiv yaylım atəşi sistemi kimi avadanlıqlardan istifadə və onlara qulluq etməyi öyrəniblər.
Fransalı nazir xatırladıb ki, onlar sözügedən texnikanı daha əvvəl də Ukrayna ordusuna göndəriblər.
Aydan Qasımova
