Fransa Müdafiə Nazirliyinin rəhbəri Şoyqu ilə danışıb
Fransanın müdafiə naziri Sebastyen Lekornu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə danışıb. Bu barədə Reuters xəbər verib.
Fransa Müdafiə Nazirliyinin rəhbəri Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında törədilən terror aktını pisləyib. O, həmçinin həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib.
Martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da “Piknik” qrupunun konsertindən əvvəl terrorçular dinc sakinlərə atəş açıb və binanı yandırıblar. Son məlumatlara görə, terror aktı nəticəsində 695 nəfər xəsarət alıb.
Fransa Xarici İşlər Nazirliyi (XİN) də "Crocus"da baş verən terror aktı ilə əlaqədar Rusiya vətəndaşlarına başsağlığı və həmrəylik ifadə edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
