00:00:00
Yazar
Admin User
08.10.2025 15:28 129 2 dəq oxuma
Siyasət

Fransa Makronun istefasını tələb edir

Fransa Makronun istefasını tələb edir

 

Fransada Prezident Emmanuel Makronun siyasətinə qarşı narazılıqlar artmaqdadır. Ölkə boyu keçirilən etiraz aksiyalarında nümayişçilər Prezidentin istefasını tələb edirlər.

 

Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Tural İsmayılov "İnformator.az" a açıqlamasında bildirib ki, Makron daxili siyasətdə də səhvlərə yol verir:

 

"Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi hökumət yalnız xarici siyasətdə deyil, eyni zamanda daxili siyasətdə də uğursuz fəaliyyətinə görə dəfələrlə geniş xalq etirazları ilə üzləşib. Xüsusilə “sarı jiletlilər” hərəkatında baş verən aksiyalar zamanı Fransa hüquq-mühafizə orqanlarının və polisin nümayişçilərə qarşı atlar və itlərdən istifadə etməsi böyük ictimai narazılıq doğurmuşdu.
Bununla yanaşı, Makronun həyata keçirmək istədiyi və cəmiyyətdə geniş narazılığa səbəb olan pensiya islahatları da əhalinin ciddi qəzəbi ilə qarşılandı. Bu islahatlar genişmiqyaslı etiraz aksiyalarına səbəb oldu və xalqla hökumət arasında gərginliyin artmasına gətirib çıxardı.
Hazırkı vəziyyətdə Makron hökumətinin bir neçə dəfə yeni kabinet formalaşdıra bilməməsi, təyin olunan baş nazirlərin qısa müddət sonra istefaya getməsi və ölkədə dərinləşən iqtisadi və siyasi böhran vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Bu baxımdan, yaxın perspektivdə Fransada siyasi qeyri-sabitliyin və hökumət böhranının daha da dərinləşəcəyi gözlənilir.Eyni zamanda, Fransada müxalifət düşərgəsi də zəifləyib. Marine Le Penin rəhbərlik etdiyi, ciddi sosial bazası olan partiya ətrafında aparılan istintaq prosesi, onun siyasətdən kənarlaşdırılması ehtimalını artırıb. Bu isə alternativ siyasi gücün zəifləməsi və demokratik balansın pozulması riskini doğurur.
Fransadakı bu daxili siyasi böhran, şübhəsiz ki, Avropa İttifaqı ilə münasibətlərə də təsirsiz ötüşməyəcək. İqtisadi və idarəetmə baxımından çətinlik yaşayan Fransa, Aİ daxilində əlavə yük kimi qiymətləndirilə bilər. Bu isə Fransa - Avropa İttifaqı münasibətlərinin zəifləməsi riskini artırır.
Bununla belə, indiki mərhələdə Fransa ilə Aİ arasında ayrılıqdan söhbət getmir. Əksinə, Avropa İttifaqı, üzv dövlətlər arasında sabitliyi qorumaq üçün Makron hökumətinə maksimum dəstək göstərməyə çalışacaq".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər