Fransa millisi Ukrayna ilə qarşılaşacaq
Fransa millisinin kapitanı Kilian Mbappe bildirib ki, noyabrın 13-də keçiriləcək Dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə oyun zamanı “Les Bleus” 2015-ci il Paris terror hücumlarından zərərçəkənləri yad etmək istəyir.
Qeyd edək ki, 2015-ci ilin həmin günündə Fransa Almaniya ilə yoldaşlıq oyunu keçirib. Oyunun keçirildiyi “Stad de Frans” stadionunun D qapısı yaxınlığında intiharçı-terrorçu partlayıcı qurğunu işə salaraq bir nəfəri öldürüb. Həmin matçda ölkənin o vaxtkı prezidenti Fransua Olland da iştirak edirdi. Parisdə baş verən ardıcıl terror aktları nəticəsində ümumilikdə 130 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Reuters
Mələk Nəsirli