00:00:00
Yazar
Admin User
14.10.2025 17:57 100 1 dəq oxuma
Dünya

Fransa Prezidenti ilk dəfə ölkənin 50 sevimli siyasətçisi siyahısına düşməyib

Fransa Prezidenti ilk dəfə ölkənin 50 sevimli siyasətçisi siyahısına düşməyib

Fransa Prezidenti Emmanuel Makron ölkənin "Ifop-Fiducial" barometrində "Fransızların əlli sevimli siyasi şəxsiyyəti" siyahısına düşməyən ilk fəaliyyətdəki prezidenti olub.


"İnformator.az”ın məlumatına görə, bu barədə "Paris Match" nəşri məlumat yayıb.


Sorğunun nəticələrinə görə, 51-ci yerdə qərarlaşan Makron, demək olar ki, Fransua Bayru ilə eyni nəticələrə malikdir (21,5% və 21,9% müsbət rəy). Onun sələfləri Nikola Sarkozi və Fransua Olland öz prezidentlik müddətləri ərzində heç vaxt 43-cü yerdən aşağı düşməyiblər.


"Sorğuda iştirak edən fransızların 78%-i indi Emmanuel Makron haqqında mənfi fikirdədir", - "Ifop"un baş direktoru Frederik Dabi qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər