Fransa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
Fransa təmsilçisi "Nant" Luiş Kaştrunun baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı portuqaliyalı mütəxəssis köməkçiləri ilə birlikdə klubu tərk edib. O, 2025-ci ilin iyulundan "Nant"ın uğurları üçün çalışır idi. Kaştrunun rəhbərliyi altında keçirilən 15 qarşılaşmada "Nant" 2 qələbə qazanıb, 5 heç-heçə edib, 8 dəfə uduzub. Qeyd edək ki, 15 matçdan sonra 11 xal toplayan "Nant" Fransa Liqa 1-in turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
