00:00:00
Yazar
Admin User
27.10.2025 12:16 277 2 dəq oxuma
Dünya

Fransa Ukraynaya qoşun göndərməyə hazırdır

Fransa Ukraynaya qoşun göndərməyə hazırdır

Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pyer Şill bildirib ki, ehtiyac yaranarsa, ölkə 2026-cı ildə Ukraynaya qoşun göndərməyə hazırdır. O, bu məqsədlə “Orion-26” təlimlərinin əhəmiyyətini qeyd edib. Bundan əvvəl general Fabien Mandon “Rusiya təhlükəsi”nə qarşı ordunun 3-4 il ərzində toqquşmaya hazır olmalı olduğunu demişdi.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, Ukrayna - Rusiya müharibəsi artıq qütbləşmiş müttəfiqlərin iştirakı ilə davam etmə mərhələsinə qədəm qoyur :

 

“ Fransanın Ukraynaya qoşun göndərmə məsələsi təbii ki, NATO-nun da razılığı ilədir. Ukraynanın çıxış yolları və alternativ variantları məhdudlaşır. Odur ki, Fransanın qoşun göndərməsinə qarşılıq başqa yolu yoxdur. ABŞ-nin Rusiyaya qarşı hazırki tərəddüdlü durumu Avropanı daha ciddi addımlar atmağa məcbur buraxır. Odur ki, Fransadan sonra da digərlərinin qoşun göndərməsi labüddür. Çünki Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutmaması və nəticə göstərdi ki, hələ ki, sülh yox zor işə keçir. Ona görə də bundan nəticə çıxaran Qərb, əsasən Avropa İttifaqı ölkələri hərb yoluna üstünlük verməyə başlayıblar. Bu müharibənin hələ bir neçə il uzanacağı görünür. Qərbin məqsədi də uzatmaqdır. Rusiyanı parçalamaq yaxud hakimiyyəti dəyişmək üçün Ukrayna vasitəçi qurbanlıq seçilib”.

 

Politoloqun sözlərinə görə , Qərb Ukraynanın yox, özünün maraqlarına nail olmadan razılıq əldə edilməyəcək:

 

“Eyni zamanda Ukraynaya lazımınca dəstək verməməkdə Rusiyanın irəliləyişinə məqsədli şəkildə şərait yaradılıb ki, müharibənin uzanmasına əsas olsun. Odur ki, NATO-nun üzv ölkələrinin etirazı olsa belə Fransa qoşun göndərəcək, sırası ilə digərləri də həmçinin. Nəhayət NATO-nun özünün də müdaxilə edəcəyi ehtimalı böyükdür. İndiyədək Avropa İttifaqı ölkələri sanki Ukraynanı önə çıxarıb Rusiyanın üzücü müharibə ilə iqtisadiyyatını, ticari əlaqələrini zəifləyib. Həmçinin hərbi gücündə də kifayət qədər zəifləmə meydana gətirə biliblər. Rusiya məcbur olub müttəfiqlərindən kömək istəyib. Beləcə zəiflədib müəyyən boşluqlar yaranan kimi sıra ilə Avropa dövlətləri qoşun yeridərək balansın dəyişməsinə nail olacaqlar ”. 

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər