00:00:00
Yazar
Admin User
15.10.2024 17:02 281 1 dəq oxuma
Dünya

Fransa Ukraynaya yardımı kəsəcək

Fransa Ukraynaya yardımı kəsəcək

Fransa 2024-cü ildə Ukraynaya büdcə kəsiri səbəbindən üç milyard avro yardım ayırmaq vədini yerinə yetirə bilməyəcək. 

"İnformator.az" Politico-ya istinadən  xəbər verir ki, bunu Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu deyib .

“2024-cü ilin əvvəlində Fransanın Ukraynaya yardımının üç milyard avroya çatacağına qərar verildi. Reallıqda iki milyard ayıra biləcəyik, amma üç yox (...)”, - müdafiə idarəsinin rəisi bildirib.

Materialın müəllifləri əlavə ediblər ki, Paris 2024-cü ildə ÜDM-in 6 faizinə çata biləcək ölkənin büdcə kəsiri riskinə görə Kiyevə yardımı azaltmaq məcburiyyətində qalıb.

Oktyabrın 10-da məlum olub ki , Almaniyada 2025-ci ilin payızında keçiriləcək və Ukraynaya yardımı gecikdirəcək seçkilər səbəbindən Avropa İttifaqı ittifaq büdcəsi layihəsini qəbul edə bilməyəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər