00:00:00
Yazar
Admin User
23.07.2025 15:06 113 1 dəq oxuma
Dünya

Fransa və Almaniya ABŞ-yə qarşı “Ticarət Bazuka”sını işə salmağa hazırlaşır

Fransa və Almaniya ABŞ-yə qarşı “Ticarət Bazuka”sını işə salmağa hazırlaşır

Fransa və Almaniya, ABŞ-nin potensial ticarət tariflərinə cavab olaraq Avropa İttifaqını (Aİ) sərt tədbirlər görməyə çağırır. Prezident Donald Trampın mümkün güzəştlərdən imtina edəcəyi təqdirdə, Paris və Berlin Aİ-nin “Anti-Məcburiyyət Aləti”ndən — “ticarət bazuka”sından istifadəni gündəmə gətirir.

 

Bu barədə Financial Times Aİ rəsmiləri və diplomatlarına istinadla məlumat yayıb.

 

Almaniyanın kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron bu gün Berlində danışıqlar aparırlar. Fransanın sənaye naziri Mark Ferraçi bildirib ki, iki ölkə ABŞ ilə danışıqlar strategiyasına yenidən baxmağı planlaşdırır:

 

“Biz cavab zərbəsi endirmək imkanına sahib olmalıyıq və danışıqların balansını dəyişə biləcək bütün variantları masaya çıxarmalıyıq”.

 

Paris və Berlin ilk dəfə olaraq Aİ-nin ABŞ-yə qarşı ACI (Anti-Coercion Instrument) mexanizmindən istifadə edilməsinin tərəfdarıdır. Bu alət, Aİ-yə üçüncü ölkələrin təzyiqlərinə qarşı əlavə müdafiə və cavab imkanları verir.

 

Müzakirə olunan cavab tədbirləri arasında ABŞ şirkətlərinə əlavə vergilərin tətbiqi, onların Avropa tenderlərində iştirakının məhdudlaşdırılması, Aİ bazarına girişin bağlanması və ABŞ-dən yatırımlara məhdudiyyətlərin qoyulması yer alır.

 

Bununla belə, bəzi Aİ ölkələri Tramp administrasiyasının sərt reaksiyasından ehtiyatlanaraq ehtiyatlı mövqe tutur.

 

Mənbə :Caliber 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər