Fransa xəstəxanaları müharibə yaralılarını qəbul etməyə hazırlayır
Fransa səhiyyə sistemi 2026-cı ilin martına qədər mümkün genişmiqyaslı hərbi qarşıdurma şəraitində minlərlə yaralı əsgəri qəbul etməyə hazırlaşır.
Səhiyyə Nazirliyi regional xəstəxanalara məktub göndərərək həm fransız, həm də xarici hərbçilərin müalicəsinə hazır olmağı tapşırıb. Planlara görə, 10–180 gün ərzində minlərlə hərbi yaralıya yardım göstərilə bilər. Nazir Ketrin Votren bunun “profilaktik tədbir” olduğunu, COVID-19 pandemiyasının hazırlıqsızlığın nəticələrini göstərdiyini bildirib. Həmçinin, əsgərlərin vətənlərinə yönləndirilməsi üçün nəqliyyat qovşaqlarında tibbi mərkəzlərin yaradılması da nəzərdən keçirilir.
Euronews
Billurə Quliyeva