00:00:00
Yazar
Admin User
15.01.2024 18:13 405 1 dəq oxuma
Dünya

Fransada 2019-cu ildə yanan tarixi Notr Dam kilsəsi ilin sonunda ziyarətçilərin üzünə açılacaq

Fransada 2019-cu ildə yanan tarixi Notr Dam kilsəsi ilin sonunda ziyarətçilərin üzünə açılacaq

2019-cu ildə baş verən yanğınla əlaqədar illərdir bərpa işləri aparılan Fransanın məşhur tarixi yerlərindən biri olan Notr Dam Katedralinin ilin sonunda qapılarını ziyarətçilərin üzünə açacağı bildirilib.

 

“France Info”nun məlumatına görə, paytaxt Parisdə 800 illik tarixi irsin bərpası işləri son mərhələyə çatıb.

 

Katedralin yenidən qurulmasına cavabdeh olan Rebatir Notre-Dame de Paris ictimai təşkilatının prezidenti Philippe Jost, işlərin tamamlanmasına 11 aydan az vaxt qaldığını bildirdi.

 

Jost, Notre Dame Katedralinin dekabrın 8-dən etibarən ibadət və ziyarətə açıq olacağını açıqladı.

 

Fransada Xristianlığın simvolu olaraq görülən və təməli 1163-cü ildə dövrün papası tərəfindən qoyulan və tamamlanması 300 il davam edən Katedraldə 15 aprel 2019-cu ildə naməlum səbəbdən yanğın baş verib.

 

Qısa müddətdə alova təslim olan 857 illik tarixi olan kilsənin 96 metr hündürlüyündəki qüllələrindən biri və damı tamamilə uçub, binaya ciddi ziyan dəyib.

 

Katedralin bərpası üçün dünyanın hər yerindən rekord məbləğdə 844 milyon avro ianə toplanıb.

 

Aynur Babayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər