00:00:00
Yazar
Güllər Gülhüseynova
20.03.2026 19:13 42 2 dəq oxuma
Siyasət

Fransada Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Fransada Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Fransanın “Qərb biznes liderləri və rəhbərləri klubu”nun üzvləri Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüş keçiriblər.

 

Görüş Nant şəhəri və ətraf bölgələrdən 23 böyük qrupun, eləcə də kiçik və orta şirkətlərin rəhbərlərinin istəyi ilə təşkil olunub. Şirkət rəhbərləri, əsasən, Azərbaycanın iqtisadiyyatı, investisiya mühiti və ölkə ilə əməkdaşlıq imkanları barədə məlumat əldə etmək istəyiblər.Görüşün əsas mövzusu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın biznes mühiti ilə tanışlıq olub. 
 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur:

 

“Azərbaycanla Fransa arasında iqtisadi münasibətlər müstəqilliyimizin ilk günlərindən başlayıb. Zaman-zaman qarşı tərəfdən qaynaqlanan bəzi problemlərə görə iqtisadi və biznes münasibətləri müəyyən dərəcədə zəifləyib. Amma son illər, əsasən də son iki ildə bu münasibətlərin yenidən bərpa olunması və daha da genişlənməsi yönündə addımlar atılır. Təsadüfi deyil ki, Fransanın “TotalEnergies” şirkəti Azərbaycanda qaz yataqlarının işlədilməsində və idarə olunmasında əsas paya malik, moderatorluqla məşğul olan və investisiya qoyan şirkətlərdən biridir. AZAL-ın aviaparkında Fransa istehsalı olan “Airbus”lar üstünlük təşkil edir. Bu da münasibətlərin nə qədər dərin olduğundan xəbər verir. Bu münasibətlər hər iki tərəf üçün sərfəlidir. Hətta potensialından daha aşağıdır. Hesab edirəm ki, Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsinin imkanları və fürsətləri var”.

 

Lalə Qurbanlı

#Azərbaycan #Fransa #biznes #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər