Fransada Bayrounun Höküməti Düşüb
Fransada Baş nazir François Bayrou və azlıq hökuməti parlamentdə etimad səsverməsini itirərək istefa verib. Millət vəkilləri 364-ə qarşı 194 səs ilə Bayrounu rədd edib.
Prezident Emmanuel Macron Bayrounun istefasını qəbul edib və yaxın günlərdə yeni baş nazir təyinatı edəcəyini açıqlayıb. Hazırda Bayrou müvəqqəti baş nazir kimi yalnız gündəlik işləri idarə edəcək.
Macron qarşısında iki seçim var: etimad qazana biləcək bir baş nazir təyin etmək, ya da Milli Məclisi buraxaraq erkən seçkilərə getmək. Əgər erkən seçki qərarı verilərsə, sandıq 20-40 gün ərzində keçiriləcək.
Fransız siyasətində belə vəziyyət “birlikdə idarəçilik” adlanır və eyni hal 1993-cü ildə də baş verib.
CNN Türk
Sura Əliyeva