00:00:00
Yazar
Admin User
11.09.2025 13:37 98 1 dəq oxuma
Dünya

Fransada Makron əleyhinə nümayişlər zamanı 675 nəfər saxlanılıb

Fransada Makron əleyhinə nümayişlər zamanı 675 nəfər saxlanılıb

Ötən gün Fransada prezident Emmanuel Makrona qarşı keçirilən etiraz aksiyaları zamanı 675 nəfər saxlanılıb. Bu həftə sağ mərkəzçi Fransua Bayrou hökumətinin süqutundan sonra Sebastien Lecornu yeni baş nazir təyin olunub və dünən ölkədə Makronun siyasətinə qarşı etiraz aksiyalarının şahidi olub.


Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 yerdə keçirilən etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib. “Hər şeyi dayandıraq” şüarı ilə keçirilən aksiyada 211-i Parisdə olmaqla 675 nəfər saxlanılıb. Etirazlar xüsusilə paytaxt Parisdə, həmçinin Lion və Renn şəhərlərində zorakılıqla yadda qalıb. Etirazçılar polisə müxtəlif əşyalar atıb, yandırdıqları zibil qutuları ilə yolları bağlayıb, polis isə müdaxilə etmək üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər