Fransada siyasi böhran: Bayrunun istefası ölkənin Aİ-dəki rolunu zəiflədir
Fransa siyasi böhran yaşayır: Baş nazir Fransua Bayru etimad səsverməsində məğlub olaraq istefaya göndərilib bu da son iki ildə beşinci hökumət dəyişikliyidir. Səbəb əsasən 44 milyard avro qənaət nəzərdə tutan büdcə planına qarşı çıxışlar oldu. Böhran təkcə maliyyə siyasəti ilə bağlı deyil, həm də xalqla hakimiyyət arasında inam böhranını göstərir.
Bu vəziyyət Fransanın Aİ-dəki rolunu da zəiflədir: Fransa borc və kəsir problemi ilə mübarizə aparır, Almaniya da büdcə məhdudiyyətləri ilə üzləşib, əvəzində İtaliya Meloninin rəhbərliyi altında sabitlik nümayiş etdirərək təsirini artırır.
Makron yeni seçkiləri istisna edib, amma yeni baş nazir də parlamentdə eyni çıxmaza düşə bilər. Maliyyə bazarları Fransanın xərcləri azalda biləcəyinə şübhə ilə yanaşır.
Ölkə daxilində isə ictimai narazılıq artır, yeni etirazlar və 10 sentyabrda ümumi tətil planlaşdırılır. Böhran radikal qüvvələrin güclənməsinə zəmin yarada bilər və Fransanın Avropadakı mövqeyini zəiflədir.
Euronews
Billurə Quliyeva