Fransada siyasi böhran dərinləşir
Fransa Baş naziri Fransua Bayru bu gün keçiriləcək etimad səsverməsində istefaya göndərilə bilər.
“Guardian” yazır ki, müxalifət – soldan ifrat sağadək bütün partiyalar 74 yaşlı Bayrunun əleyhinə səs verəcəklərini açıqlayıb. Bu hadisə ölkədə ciddi siyasi böhrana yol aça bilər. Parlamentdə heç bir blokun mütləq çoxluğa sahib olmaması səbəbindən hökumətin büdcə və idarəçilik məsələlərində çətinlikləri davam edir.
Guardian
Nazim Xeyrxəbərli