Fransadan dönən Asurilər Şırnakda ayin keçirib
Fransada yaşayan təxminən 150 Asuri, illər əvvəl terror səbəbilə tərk etdikləri Şırnakın Silopi rayonundakı Kösreli kəndinə gələrək ayin keçirib.
Onlar qəbiristanlığı ziyarət edib ilahilər oxuyub, dua ediblər, sonra kəndi gəzib xatirələrini yada salıblar. Baş yepiskop Sabri Anar kəndlərini tərk edənləri geri gətirmək və bölgənin təhlükəsiz olduğunu göstərmək istədiklərini deyib. Reşit Duman isə insanların onlara böyük sevgi göstərdiyini vurğulayıb və “Xaricdə yaşasaq da özümüzü bu dövlətin vətəndaşı hesab edirik” sözlərini qeyd edib. Metin Anar 48 ildən sonra ilk dəfə kəndinə gəldiyini, uşaqlıq xatirələrini yad etdiyini bildirib.
CNN
Mələk Hüseynova