00:00:00
Yazar
Admin User
20.09.2025 18:28 72 1 dəq oxuma
Dünya

Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edilib

Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edilib

"Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.

 

FİA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.

 

Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.

 

O, sıralama turunu 18-ci sırada bitirmişdi.

 

Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər