Fransalı siyasətçi: Makron dərhal impiçment edilməlidir
Fransa Prezidenti Emmanuel Makron dərhal impiçment edilməlidir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo deyib.
“Makron Rusiyaya qarşı istifadə etmək üçün döyüş təyyarələri göndərəcək. O, müharibə istəyir. Mən dərhal impiçment tələb edirəm”, - siyasətçi deyib.