00:00:00
Yazar
Nərmin Həşimova
08.05.2026 21:08 31 2 dəq oxuma
Siyasət

“Fransanın davranışlarından asılı olmayaraq Azərbaycan regionda sülh əldə edəcək”- DEPUTAT

“Fransanın davranışlarından asılı olmayaraq Azərbaycan regionda sülh əldə edəcək”- DEPUTAT

Mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətlə rədd edib. 


XİN bu açıqlamaları Azərbaycanın suverenliyinə qarşı qərəzli yanaşma kimi qiymətləndirib və bildirib ki, bu cür bəyanatlar regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir. Hadisə beynəlxalq münasibətlərdə obyektiv və ədalətli mövqenin vacibliyini bir daha göstərir.


Mövzu ilə bağlı Milli Məclisin deputatı “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa 44 günlük müharibə dövründə də, ondan sonrakı sülh axtarışları dövründə də daim radikal mövqedən çıxış edib:


“Beynəlxalq hüquqa zidd mövqe ortaya qoyub və regionda sülhün əldə olunmasına maneçilik törədib.
Fransanın diplomatik keçmişinə nəzər saldıqda bunun aydın şəkildə müşahidə olunduğunu görmək mümkündür. Əgər biz diplomatik keçmişə nəzər salsaq, görərik ki, Fransa həmsədr olduğu dövrdə də problemin həll olunmasındansa daha çox status-kvonun qorunmasına çalışıb və nəticədə münaqişə 30 ildən çox uzanıb. Diqqət etsək, görərik ki, burada Fransanın mövqeyində bir ardıcıllıq var, yəni regionda sülh istəmir. Bir tərəfdən beynəlxalq hüquqa zidd olaraq işğalçı siyasəti dəstəkləyib. Bu gün də faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan çıxışlar edir. Ona görə də Fransa Xarici İşlər Nazirliyinin çıxışı Azərbaycan xarici siyasəti vasitəsilə qətiyyətlə rədd edilir. Nəticədə isə bu radikal mövqe Fransanın öz əleyhinə işləyir. Fransanın davranışlarından asılı olmayaraq Azərbaycan regionda sülh əldə edəcək. Fransanın ermənipərəst olması isə onu bu sülh prosesində arzuolunmaz subyekt kimi göstərəcəkdir. Ona görə də əslində bu radikal mövqenin Fransaya heç bir xeyri yoxdur. Sadəcə, özünü regionda arzuolunmaz bir aktora çevirir. Azərbaycansa sülhü əldə edəcək və istədiyi şərtlər çərçivəsində buna nail olacaqdır”.


Mehriban Yariyeva

#Fransa #Azərbaycan #danışıqlar #maneçilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər