Fransanın keçmiş prezidenti 5 il azadlıqdan məhrum edilib
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Liviyanın mərhum lideri, polkovnik Müəmmər Qəddafinin milyonlarla avroluq qanunsuz vəsaitləri ilə bağlı cinayət işində təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilib.
Paris cinayət məhkəməsi ona passiv korrupsiya və qeyri-qanuni kampaniyanın maliyyələşdirilməsi də daxil olmaqla, bütün digər ittihamlardan bəraət qazandırıb.
Qərar o deməkdir ki, Sarkozinin dediyi kimi, apellyasiya şikayəti versə belə, həbsdə vaxt keçirəcək.
Cümə axşamı günü dinləmələrdən sonra danışan 70 yaşlı, 2007-12-ci illərdə prezident olmuş, hökmün "qanunun aliliyi baxımından son dərəcə ciddi" olduğunu söylədi.
BBC news
Ayan Eyvazova