Fransanın yeni baş naziri müəyyənləşib
Fransada Baş nazir Fransua Bayrou-nun etimad səsverməsini ala bilməyərək Prezident Emmanuel Macron-a istefasını təqdim etməsindən sonra ölkənin yeni baş naziri bəlli olub. Prezident Macron Müdafiə Naziri Sébastien Lecornu-nu baş nazir vəzifəsinə təyin edib.
Macron-un yaxın müttəfiqi olan 39 yaşlı Lecornu, son 3 il ərzində Müdafiə Naziri kimi fəaliyyət göstərib və baş nazir postu üçün öncədən ən çox adı çəkilən namizədlərdən biri idi. Ekspertlər bildirirlər ki, Lecornu-nun qarşısında əsas vəzifələrdən biri Fransanın bu il 3,3 trilyon avroya çatan dövlət borcunu idarə etmək və yeni büdcənin parlamentdə təsdiqlənməsi üçün siyasi partiyalarla müzakirələr aparmaq olacaq.
Bayrou çərşənbə günü Macron-a istefasını təqdim edib, onun azlıq hökuməti isə Fransanın artan dövlət borcu ilə bağlı 44 milyard avroluq kəsintini qəbul edə bilmədiyi üçün parlament tərəfindən səs çoxluğu ilə göndərilib. Yeni təyinat mərkəzçi partilər tərəfindən müsbət qarşılanarkən, sol və ultra-sağ partiyalardan tənqid alıb. Solçu “Boyun Eğməyən Fransa” partiyasının lideri Jan-Lük Melonşon, “Macron-un getmə zamanı gəlib” deyərkən, ultra-sağçı Marin Le Pen isə Macron-u “yaxın çevrəsindəki az sayda insanın son sursatlarını istifadə etməsi” ilə tənqid edib.
Lecornu, Macron-un ikinci prezidentlik dövründə beşinci baş nazir olaraq vəzifəyə başlayır. Onun əsas hədəfi, zorlu büdcə danışıqlarını uğurla tamamlayaraq Fransanın maliyyə sabitliyini təmin etmək olacaq.
BBC News
Fatimə Hüseynli