00:00:00
Yazar
Admin User
24.09.2025 17:04 87 2 dəq oxuma
Dünya

Fransız general: ABŞ-nin Avropadan çıxması NATO-nu zəiflədir

Fransız general: ABŞ-nin Avropadan çıxması NATO-nu zəiflədir

Məsələ ondadır ki, NATO-nun əsas qüvvəsi ABŞ-dir. 

 

Məsələ ilə bağlı politoloq Azər Həsrət "informator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, ABŞ NATO-nun önünü çəkən əsas hərbi gücdür, qüdrətli dövlətdir:

 

" İkinci yerdə qardaş Türkiyə özünün Silahlı qüvvələri ilə NATO-nun ikinci qüvvəsidir. Avropanın birinci silahlı qüvvələri öz qüdrətinə görə və hətta qardaş Türkiyə hazırda Ukrayna bataqlığında ilişib qalan Rusiya ilə üz üzə gələ biləcək tək dövlətdir. Yəni ABŞ-dən sonra. Ona görə də Avropada düşünürlər ki, əgər Amerika Birləşmiş Ştatları öz gücünü Avropadan çəkərsə, onlar Rusiya ilə üz-üzə qalacaqlar, ciddi problemlər yaranacaq. Yəni ona görə narahatlıq ifadə edilir. Düzdür, vaxtında normal ordu qurmadıqlarına görə Rusiyaya qarşı normal dirəniş üçün hazırlaşmadıqlarına görə, indi kənardan əsas da Amerika Birləşmiş Ştatları və qardaş Türkiyədən asılı vəziyyətə düşüblər".

 

Həmçinin ekspert vurğulayır ki, yeri gəlmişkən, bir xeyli müddət öncə Avropa liderləri Türkiyənin gücünə ehtiyac duyduqlarını açıq şəkildə ifadə etməkdə idilər:

 

" Özəlliklə də Avropa Birliyi çərçivəsində. Yəni bu səsləndirilən fikir, həyəcan yersiz, əsassız deyil.Əgər Amerika Birləşmiş Ştatları Avropadan çəkilərsə, yaxud öz hərbi güclərini Avropadan çəkərsə, təbiidir ki, döyüşmək qabiliyyəti çox da yüksək olmayan Avropa dövlətləri Rusiyanın qarşısında ciddi problemlərlə üzləşə bilərlər. Amma bu o demək deyil ki, onlar Rusiyaya uduzacaqlar. Məsələ ondadır ki, hazırda Ukrayna zatən Rusiyanı dizə gətirib. Faktiki olaraq Rusiya rəzil bir duruma düşüb. Hərbi baxımdan da, iqtisadi baxımdan da əslinə qalanda Avropa dövlətləri öz resurslarını hərbi güclərini səfərbər etsələr, bir neçə həftənin içində Rusiyanı, ümumiyyətlə, Ukraynadan vurub çıxara da bilərlər. Amma iş ondadır ki, Avropa dövlətləri açıq müharibəyə girir, çünki onların xalqları müharibəyə hazır deyil. Ümumiyyətlə, Avropa xalqları müharibədən qorxur, çəkinir, açıq müharibə istəmir. Belə bir şəraitdə, təbiidir ki, onları qoruyacaq kənar qüvvəyə ehtiyacları var. O qüvvə də başda Amerika Birləşmiş Ştatlarıdır". 

 

Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər