00:00:00
Yazar
Admin User
05.10.2025 18:53 126 1 dəq oxuma
Dünya

Fransız millət vəkilləri İsraildə aclıq aksiyasına başlayıb

Fransız millət vəkilləri İsraildə aclıq aksiyasına başlayıb

Qəzzaya gedərkən İsrail hərbçiləri tərəfindən saxlanılan ifrat solçu 4 fransız millət vəkili aclıq aksiyasına başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə onların mənsub olduğu “Təslim olmayan Fransa” partiyası məlumat yayıb.

 

"Vəkilləri və onlara baş çəkən Fransa konsulu ilə qısa söhbətlərdən başqa onlardan heç bir xəbərimiz yoxdur. Onların saxlanma şəraiti ağırdır",- deyə bildirilib.

 

Qeyd edək ki, fransız millət vəkillərinin Qəzzaya humanitar yardım aparan Sumud donanması ilə birgə getdiyi vurğulanır. Humanitar yardım aparan donanmanın önü Qəzza yaxınlığında kəsilib və fəallar hamısı saxlanılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər