00:00:00
Yazar
Admin User
04.09.2025 06:13 90 1 dəq oxuma
Dünya

Fransızların 80 faizi Makrona güvənmir

Fransızların 80 faizi Makrona güvənmir

Fransızlar 80 faizi makrona güvənmir. Fransa Prezidenti Emmanuel Makronun xalq dəstəyi, 2017-ci ildə vəzifəyə gəldiyi vaxtdan bəri ən aşağı səviyyəyə enib. " Le Figaro Magazine " üçün aparılan son sorğuya görə, seçicilərin 80 faizi Makrona güvənmədiyini bildirib.

 

Makron yalnız 15 faiz dəstək taparkən, qalan respondentlər isə aydın mövqe bildirməyiblər.

 

Bu göstərici, 2018-ci ildə yanacaq qiymətlərinin artması və iqtisadi bərabərsizlik səbəbilə baş qaldıran “Sarı Jiletlilər” etirazlarındakı səviyyədən də aşağı düşüb.

 

Sorğuya görə, Baş nazir Fransua Bayrou-ya etimad da rekord səviyyədə azalıb. İştirakçıların yalnız 14 faizi Bayrou-ya güvəndiyini bildirərkən, 82 faizi əks mövqedə olub.

 

Bayrou ötən il Mişel Barnier hökumətinin süqutundan sonra vəzifəyə gəlmişdi. İndi isə 2024-cü ildə 5,8 faizə yüksələrək Avropa İttifaqı həddi ilə müqayisədə demək olar ki, ikiqat olan büdcə kəsirini bağlamaq üçün mübahisəli qənaət planını həyata keçirməyə çalışır.

 

Plan çərçivəsində iki rəsmi bayram gününün ləğvi, dövlət sektorunda iş yerlərinin azaldılması, sosial müavinətlərin və pensiyaların dondurulması nəzərdə tutulur.

 


Müdafiə xərclərinin isə artırılması planlaşdırılır. Fransanın hərbi büdcəsinin 2027-ci ildə 64 milyard avroya çatdırılması hədəflənir. Sol partiyalar hökuməti sosial dövlətin yerinə ordunu ön plana çıxarmaqda ittiham edir.

 

TRT Haber
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər