Fransızların yarısından çoxuna görə, Fransa, 2024-cü il Paris Olimpiadalarına hazır deyil
Fransada aparılan sorğuya görə, fransızların yarıdan çoxu ölkələrinin yaxın aylarda ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiadasına hazır olmadığını düşünür.
YouGov araşdırma şirkətinin 10-11 yanvar tarixlərində Le HuffPost xəbər saytı üçün 1001 böyük fransızla keçirdiyi onlayn sorğuda iştirakçılara belə bir sual verildi: “Sizcə, Fransa 26 iyun-11 avqust tarixlərində keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırdırmı"?
İştirakçıların yalnız 9 faizi ölkələrinin Olimpiadaya “mütləq” hazır olduğunu, 23 faizi isə “tam” hazır olduğunu bildirib.
Paris meri nəqliyyat işlərinin tamamlanmayacağını açıqlayıb.
Paris Bələdiyyə Başçısı Anne Hidalqo, təxminən iki ay əvvəl verdiyi açıqlamada, parislilərin hazırda gündəlik nəqliyyat təmin etməkdə çətinlik çəkdiklərini ifadə edərək, olimpiadaların keçiriləcəyi yarış ərazilərinə ictimai nəqliyyatla tam giriş üçün aparılan işlərin həyata keçirilməyəcəyini açıqladı.
Hidalqonun bu sözləri hökumət tərəfindən ciddi reaksiyalara səbəb olub.
Olimpiadada çalışacaq heyətin evsizləri və tələbələri yerindən tərpədəcəyi iddiası var.
Fransada qarşıdan gələn Paris Olimpiadası öncəsi “müştəri axını” gözləyən otelçilər evsizlərə sığınacaq vermək istəmirlər. Mənzil problemini həll etmək istəyən hökumət əksər bölgələrdə qubernatorlardan evsizlər üçün “müvəqqəti qəbul mərkəzləri” yaratmağı xahiş edir.
Bundan əlavə, yerli yardım dərnəkləri Paris Olimpiadasında çalışacaq kadrlar üçün evsizlər üçün ayrılan yerlərin boşaldığını bildirir.
Digər tərəfdən, olimpiadada çalışacaq kadrların yerləşdirilməsi üçün iyun ayında tələbə yataqxanalarının boşaldıldığı da məlumdur.
Universitet tələbələrinə aşağı kirayə qiymətlərlə yerləşdirmə təklif edən CROUS yataqxanalarında qalan 2 mindən çox tələbənin bu qərardan təsirlənəcəyi bildirilir.
Müxalifət evsizlik probleminin effektiv həllini təmin edə bilmədiyi üçün hökumətin Olimpiadadan əvvəl tələbə yataqxanalarını boşaltmaq cəhdini tənqid edir.
Aynur Babayeva
