00:00:00
Yazar
Admin User
24.08.2023 12:51 365 3 dəq oxuma
Dünya

"Fukusima-1" sularının okeana axıdılması etirazlara səbəb olub

"Fukusima-1" sularının okeana axıdılması etirazlara səbəb olub

Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasından təmizlənmiş suyun okeana axıdılmasına başlanılıb. Stansiyadan təxminən 31.2 min ton mayenin boşaldılacağı və prosesin bir neçə onilliyi əhatə edəcəyi bildirilir. Amma qərara həm ölkə daxilində, həm də qonşuluqda yerləşən dövlətlərin etirazına səbəb olub. 


Yaponiyanın balıqçılıqla məşğul olan şirkətləri və əhali AES-nın suyunun okeana axıdılması qərarına sərt münasibət bildirib. Onlar hökumətin bu addımını, Fukusima və ona yaxın rayonlarda dəniz məhsullarının qiymətinin ucuzlaşması ilə yanaşı, çirklənmiş suyun oradakı canlılara necə təsir edəcəyindən narahat olduqlarını vurğulayıblar.

 

Qərarı yaponlarla yanaşı, Cənubi Koreya əhalisi də mənfi qarşılayıb. Onlar hökümətlərinin Yaponiyanın bu addımına qarşı cavab verməli olduğunu qeyd ediblər. 


Regionun nəhəng dövlətlərindən sayılan Çin də qərara etiraz edib. Ölkənin xarici işlər nazirliyinin rəsmisi bildirib ki, rəsmi Tokiyo verdiyi qərarın icrasını dayandırmalıdır.


Çinin Xarici İşlər nazirliyinin rəsmisi vanq Venbin bildirib ki, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətin ciddi narahatlığına və qəti etirazına məhəl qoymadı: “Bu, son dərəcə eqoist və məsuliyyətsiz davranışdır. Pekinin bununla bağlı ciddi narahatlığı var və qəti şəkildə buna qarşı çıxır. Yaponiya tərəfinə ciddi bəyanatlar vermişik və Çin Yaponiyanı səhv qərarını düzəltməyə, nüvə ilə çirklənmiş suyu dənizə tökmək planını geri götürməyə çağırır”,


2011-ci ilin martında sahil boyunda güclü zəlzələdən sonra “Fukusima-1” AES-də üç reaktor əriyərək sıradan çıxıb. Bu isə ətraf mühitin təhlükəli səviyyədə radiasiyaya məruz qalmasına səbəb olub. Hətta qəzadan sonra Cənubi Koreya Fukusima yaxınlığında yerləşən 8 yapon prefekturasından bütün növ dəniz məhsullarının idxalına qadağa qoyub. Hər nə qədər stansiyadakı suyun böyük bir qismi xüsusi sistemin köməyi ilə təmizlənsə də, mütəxəssislər bunun yetərli olmadığı fikirindədir. Hətta Beynəlxalq Atom Enerjisi Agentliyi də suyun axıdılması planının ətraf mühitə təsir edəcəyi barədə bəyanat verib. Ekspertlərin fikrincə, təmizlənmiş suyun okena qarışması müxtəlif tipli xəstəliklərin artmasına səbəb olacaq.

Geoloq Fujihara Toşikazu deyib ki, nüvə ilə çirklənmiş suyu sahildən bir kilometr məsafədə buraxsaq belə, külək səbəbindən radioaktiv materiallar yenidən Yapon adalarına sovrulacaq: “Buna görə də bu suların okeana axıdılması düzgün həll yolu deyil. Ötən 10 il ərzində xərçəng və ürək xəstələrinin sayı nüvə qəzasından əvvəlki səviyyələrə nisbətən xeyli artıb və davam edə bilər. Buna baxmayaraq, Yaponiya höküməti və Fukusimadakı bəzi ekspertlər xərçəng xəstələri ilə nüvə qəzası arasındakı səbəb-nəticə əlaqəsəni tanımağı rədd edirlər”.

Qərara əsasən Fukusima-1 AES-dən 1 milyon tondan çox təmizlənmiş radioaktiv suyun okena buraxılması nəzərdə tutulub. Yaponiya Baş naziri Fumio Kişida bildirib ki, artıq bununla bağlı qərar verilib. 


Yaponiyanın baş naziri Fumio Kişida Nazirlər Kabinetinin  iclasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görməyə hazır olduğuqlarını təsdiqlədiklərini bildirib: “Hava və dəniz şəraiti baxımından heç bir maneə olmadığı təqdirdə, suyun axıdılmasına başlanılması qərara alınıb.

Qeyd edək ki, Yaponiyanın “Fukusima-1” AES-dən radioaktiv hissəciklərdən təmizlənmiş suyun okeana boşaltmaq istəməsi ilk hal deyil. Lakin əhali və digər dövlətlərin məsələyə qarışması səbəbindən Tokyo məsələni böyük çənlər tikərək suyu orda saxlamaqla həll etməyə çalışırdı. Lakin sözügedən çənlərin baha olması, üstəlik böyük yer tutması  hökuməti bu qərarı verməyə sövq edib. 

 

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər