00:00:00
Yazar
Asiman Vəliyeva
10.04.2026 17:59 23 2 dəq oxuma
İdman

Futbolda maliyyə qaydaları və klubların problemləri

Futbolda maliyyə qaydaları və klubların problemləri

Son illərdə futbolda təkcə meydandakı nəticələr deyil, klubların maliyyə vəziyyəti də diqqət mərkəzinə çevrilib. UEFA-nın tətbiq etdiyi maliyyə qaydaları, xüsusilə “Financial Fair Play” (FFP), klubların xərclərini nəzarətdə saxlamağı hədəfləsə də, bu sistem bəzən mübahisələrə səbəb olur. Bəzi klublar qaydalara əməl etmədiyi üçün cəzalandırılır, digərləri isə bu qaydaların böyük klubları daha da gücləndirdiyini iddia edir. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman jurnalisti Fuad Eldarov bildirib ki, futbolda  maliyyə qaydalarının əsas məqsədi ölkə futbolunda ödəniş və xərcləmələri vahid sistem altında tənzimləmək, bütün maliyyə axınlarını şəffaf və nəzarət edilə bilən hala gətirməkdir:


“Bu qaydalar klubların gəlir və xərclərini balanslaşdırmağa, qeyri-real maliyyə siyasətinin qarşısını almağa və uzunmüddətli sabitliyi təmin etməyə xidmət edir. Eyni zamanda, maliyyə qaydalarının tətbiqi futbolda ədalət prinsipinin qorunmasına da yönəlib. Belə ki, bəzi klubların qeyri-məhdud maliyyə dəstəyi hesabına süni üstünlük qazanmasının qarşısı alınır və rəqabət mühiti daha balanslı hala gətirilir. Büdcəyə kənardan-sponsorlar, investorlar və ya digər gəlir mənbələrindən daxil olan vəsait nə qədər çox olsa da, onun klubun real iqtisadi və idman səviyyəsinə uyğun şəkildə xərclənməsi vacibdir. Bu baxımdan “satdığın qədər al” prinsipi xüsusi əhəmiyyət daşıyır. Yəni klub qazandığı qədər xərcləməli, borclanma və həddindən artıq maliyyə risklərinə yol verməməlidir. UEFA vasitəsilə tətbiq olunan Financial Fair Play (FFP) sistemi də məhz bu yanaşmaya əsaslanır. Bu sistem klubları məsuliyyətli maliyyə idarəçiliyinə təşviq edir, borcların nəzarətsiz artmasının qarşısını alır və futbolun iqtisadi dayanıqlığını qorumağa xidmət edir”.

 

Gövhər Mehyəddinova

#azərbaycan #gündəm #futbolda #baki #maliyyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər