00:00:00
Yazar
Elmira Ağayeva
26.11.2026 22:55 141 1 dəq oxuma
Sosial

Gənclər üçün "Maliyyə Savadlılığı Proqramı"

Gənclər üçün "Maliyyə Savadlılığı Proqramı"

 

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”na start verilib.

Tədbirdə dövlət qurumlarının, bank və maliyyə sektorunun, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər. Çıxışlarda proqramın gənclərin maliyyə biliklərinin artırılması, maliyyə resurslarından səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi və məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Proqram çərçivəsində gənclər üçün şəxsi büdcənin idarə edilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq, maliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma və maliyyə istehlakçılarının hüquqları kimi mövzularda təlimlər və interaktiv fəaliyyətlər təşkil olunacaq.

Təşəbbüsün əsas məqsədi gənclərin müasir maliyyə xidmətləri və imkanları barədə biliklərini artırmaq, onların gündəlik həyatda daha düzgün maliyyə qərarları vermələrinə və gələcək maliyyə hədəflərini planlaşdırmalarına dəstək olmaqdır.

#savadlılığı #proqramı" #baki #gündəm #gənclər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər