00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:26 93 1 dəq oxuma
Sosial

Gömrük sistemində rotasiya əməkdaşların fəaliyyətinə təsiri

Gömrük sistemində rotasiya əməkdaşların fəaliyyətinə təsiri

 

 

Milli Məclisdə gömrük orqanlarında əməkdaşların başqa vəzifələrə keçirilməsi və rotasiya mexanizminin tətbiqi üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib. Dəyişikliyin gömrük sistemində peşəkar idarəetmənin və xidməti intizamın gücləndirilməsinə, korrupsiya risklərinin azaldılmasına xidmət etməsi gözlənilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, rotasiya mexanizminin tətbiqi yalnız gömrük orqanları ilə məhdudlaşmır, dövlət qulluqçularının və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və vəzifədə irəli çəkilməsi ilə də əlaqəlidir.

 

Hüquqşünasın sözlərinə görə, bu dəyişiklik əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsinə və xidməti vəzifələrin icrası zamanı qanun pozuntularının qarşısının alınmasına xidmət edir.

 

Ramil Süleymanov qeyd edib ki, rotasiya mexanizmi əməkdaşların vəzifədə irəli çəkilməsi və yüksəldilməsi prosesində də müəyyən meyarların formalaşdırılmasına imkan yaradır:

 

“Bu sistem əməkdaşların vəzifəyə irəli çəkilməsində və eyni zamanda yüksəldilməsində müəyyən təsnifləndirmənin aparılmasına, meyarların müəyyən olunmasına xidmət edir”.

 

Hüquqşünasın fikirlərinə əsasən, rotasiya mexanizminin tətbiqi əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi və kadr qərarlarının daha müəyyən meyarlar əsasında verilməsi baxımından əhəmiyyət daşıyır.

 

           

Aytən Əhmədova

#gündəm #sistemində #təsiri #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər